İyulun 1-dən Azərbaycanda şənlik mərasimi (toy, nişan, ad günləri və s.) keçirilən məkanın və ya müəssisənin sahibi tərəfindən həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə məlumat müvafiq portala (icaze.e-gov.az ) daxil edilməldir.
Pravda.az xəbər verir ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərarla portal iyunun 26-dan etibarən müvafiq məlumatları daxil etmək üçün aktiv ediləcək.