"Toyların təşkilinə açıq havada üstünlük verilməli idi. Belə olan, halda yoluxma hallarına da daha az rast gəlinərdi".
Bunu Pravda.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.
"Toyların təşkilinə açıq havada üstünlük verilməli idi. Belə olan, halda yoluxma hallarına da daha az rast gəlinərdi".
Bunu Pravda.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.
Ekspert qeyd edib ki, qapalı yerdə toyların təşkili yoluxma sayını artıra bilər: "İyulun 1-dən etibarən ölkədə toyların təşkil edilməsinə icazə verilir. Şərtlərlə tanış oldum və aydın oldu ki yenə də toylar ənənəvi qaydada təşkil ediləcək. Hesab edirəm ki, yaranmış pandemiya şəraitindən istifadə edərək toyların formatını dəyişmək lazım idi. Toyların təşkilinə açıq havada üstünlük verilməli idi. Belə olan, halda yoluxma hallarına da daha az rast gəlinərdi. Amma bildiyim qədəri ilə, sahibkarlar bu məsələ ilə bağlı narazılıqlarını ifadə ediblər. Köhnə toy modeli bizim cəmiyyətin sosial bəlasıdır. İndi təsəvvür edin, bundan sonra dəvətnamələr ard-arda paylanmağa başlayacaq. Ümumiyyətlə, bu toy adətləri Azərbaycan cəmiyyəti üçün utanc mənbəyidir. Onu qeyd etmək lazımdır ki, yazılan qaydalar şərtlər çox qəlizdir. Vətəndaşların anlayacağı tərzdə, daha oxunaqlı tərtib etmək yaxşı olardı. Bu baxımdan, mənim bu məsələyə münasibətim bir qədər tənqididir".
Qeyd: İyulun 1-dən etibarən Azərbaycanda toyların təşkilinə icazə verilir.
Nəzrin Cavid