Xəbər verdiyimiz kimi, Dünya Bankı pandemiya ilə bağlı aztəminatlı ailələr üçün pul ayrılıb. Bəs bu pul kimə və hansı şəkildə veriləcək?
İqtisadçı ekspert Elmir Səfərli bildirib ki, monitorinqlərdən sonra 190 manatın kimə düşdüyü bilinəcək:
"Bu, Azərbaycanda məşğulluğa dəstək lahiyəsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin müəyyənləşdirdiyi prioritet faktorlar əsasında olacaq. Bunun üçün də xüsusi işçi qrupu yaradılacaq. Bu işçi qrupu əhalinin gəlirlilik səviyyəsini yoxlayacaq və bu layihə üçün veriləcək olan məbləği müəyyənləşdirəcək. Burada insanların iş yeri, ailə üzvləri, adambaşına düşən gəlirlərin monitorinqi aparılacaq. Ondan sonra 190 manatın kimlərə düşdüyü bəlli olacaq.