Bir ildən çox idi ki, pandemiya səbəbindən toylara icazə verilmirdi. Hər kəs toyların keçiriləcəyi günü səbirsizliklə gözləyərkən, nəhayət Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verdi: 2021-ci il iyulun 1-dən müəyyəm şərtlər nəzərə alınmaqla şənlik mərasimləri (toy, nişan, ad günləri və s.) keçirilə bilər. Bu qərar bir ildir ki, bağlı qalan şadlıq saraylarında toy-bayrama çevrilib desək, yəqin yanılmarıq. Bəs şadlıq evləri toyların keçirilməsinə hazırdımı, qiymətlərdə dəyişiklik olacaqmı? Modern.az-ın əməkdaşı bəzi şadlıq sarayları ilə əlaqə saxlayıb.
“Gilavar” şadlıq sarayından qiymətlərlə bağlı hələ ki bir məlumat olmadığı qeyd edilib:
“Qiymətlərin qalxması və ya eyni qalması müştərilərin sayından asılı olacaq. Son günlər toylarla bağlı müraciət edənlərin sayı çox idi. Bu gündən yeni müraciətlər daxil olmağa başlayıb”.
“Şahənşah”dan bildiriblər ki, 150 nəfərdən artıq qonağın toylarda iştirak edə bilməməsi səbəbindən qiymətlərdə artım olacaq:
“Əgər qiymətlərdə endirim olsa, menyudakı yeməklərin sayını azaltmalı olacağıq. Menyunu azalda bilmədiyimiz üçün də qiymətlərdə artım baş verəcək. Qərardan öncə toy etmək istəyənlərdən müraciətlər daxil olurdu. Hətta bir ildən çoxdur gözləyən cütlüklər var. Köhnə sifarişlərin toyları olmaqdan digər müraciətləri qəbul etmirik. İşçilərimizin isə hər biri vaksinasiya prosesindən keçib. Bəzi məsələlər aydınlaşdırıldıqdan sonra toyların keçirilməsinə tam hazır olacağıq”.
“Hollivud” şadlıq sarayından verilən məlumata görə, bu gün qərar qəbul edildikdən sonra zənglərin ardı-arası kəsilmir:
“Hər kəs çox həyəcanlı, sevinclidir. Qiymətlərdə artım olacağını düşünmürük. Rəhbərlik qərar verdikdən sonra müştəriləri məlumatlandıracağıq”.
“Golden Ring”in məlumatına görə, toy sifarişlərinin sayı həddən artıq çoxdur, bu gün verilən qərardan sonra isə kütləvi şəkildə zənglər gəlməyə başlayıb: