BURADA REKLAMINIZ OLA
BİLƏR

Xankəndidə nə baş verir?

"Ermənistanda seçkilərdə Nikol Paşinyan qələbə əldə etdikdən sonra Rusiya tərəfi konkret olaraq Qarabağda ermənilərin məskunlaşdığı ərazilərdə möhkəmlənəcək. Məhz Xankəndidə ermənilərin mitinqi buna əsaslanır".

Pravda.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, məqsəd Paşinyana dəstək verən Arutunyanı kənarlaşdırıb, Qarabağ klanına məxsus şəxsi separatçı rəhbərliyə gətirməkdir:

"Qarabağ klanı son qala kimi Xankəndidə toparlanacaq. Əsas moderator R.Koçaryan və Rusiyanın bir sıra rəsmiləri olacaq. Ümumiyyətlə, Ermənistanın Qarabağ üzərində hərhansı bir siyasi mövqeyinin olmasına imkan verilməməlidir. R.Koçaryan və digər separatçıların Xankəndidə mövcudluğu və burada möhkəmlənməsinə rəsmi Bakı seyrçi qalarsa, bunun çox ciddi fəsadları ola bilər. Rəsmi Bakı Rusiyadan tələb etməlidir ki, Xankəndidə hərhansı bir siyasi təşkilatların formalaşmasına imkan verilməsin. Rusiya burada Qarabağ klanını inkişaf etdirib, Ermənistanı növbəti siyasi mərhələyə hazırlayacaq".

Tarix: 22 İyun 2021, 23:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin