Uzun müddətdir ki, bağlı qalan toy zallarında nəhayət vağzalı sədaları eşidiləcək. Toylarla bağlı çıxan qərardan sonra artıq gözəllik və gəlinlik salonlarında canlanma başlayıb.
Gözəllik salonlarından bildirdilər ki, artıq qərar çıxar-çıxmaz salona gələn zənglər artıb.
Salonlardan bildirdilər ki, tələbin çox olması qiymətlərə təsir göstərməyəcək. Bəzək qiymətləri elə pandemiyadan əvvəlki kimi qalacaq.
Gözəllik salonlarındakı vəziyyət gəlinlik salonlarında da yaşanır. Artıq qərardan sonra fotosessiya üçün kirayələnən gəlinliklər toy üçün dəyişdirilib.