Beynəlxalq Cüdo Federasiyası Tokio-2020 üçün son Olimpiya reytinqlərini dərc edib.
Pravda.az xəbər verir ki, reytinqdə yarışa qatılacaq Azərbaycan idmançılarının da siyahısı açıqlanıb.
Belə ki, ölkəmizi Yaponiyada 9 cüdoçu təmsil edəcək.
Bu Azərbaycan cüdo tarixində ilkdir. İndiyə qədər heç bir Olimpiadada 9 cüdoçumuz mübarizə aparmayıb.
Bunlardan 7-si kişi, 2-si qadın idmançıdır.
Bununla həm də Olimpiadaya lisenziya qazanan idmançılarımızın sayı 39-a yüksəlib.
Cüdoçuların siyahısı isə aşağıdakı kimidir:
Kişilər
Kəramət Hüseynov (60 kq)