8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif İbrahimovun (Şakiroğlu) təşviqat xarakterli şəkilləri cırılıb.

Pravda.az-ın xəbərinə görə, bu barədə A.İbrahimov özü məlumat verib.

O, bu əməli deputatlığa namizədlərdən birinin tərəfdarlarının törətməsindən şübhələndiyini qeyd edib: "Anlamırlar ki, etdikləri bu əməl onların özlərinə qarşı çevrilməkdədir. Atdıqları bu yaramaz addım ərazidə yaşayan seçicilərdə ikrah doğurur".