Türkiyənin ilk yerli TURKOVAC peyvəndinin 3-cü faza fəaliyyətləri Macarıstan, Azərbaycan və Qırğızıstanda da aparılacaq.
Bunu Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca “COVID-19”-la mübarizə tədbirləri çərçivəsində nazirliyin nəzdində yaradılan Elm Qurumunun növbəti iclasından sonra açıqlamasında bildirib.