Mağar və həyət toylarında cəmi 50 nəfər qonaq iştirak edə bilər. Tibbi maska mütləqdir, lakin qonaqlardan COVID-19 pasportu tələb olunmayacaq. Bu toylara nəzarəti isə polis əməkdaşları həyata keçirəcəklər.
Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev deyib ki, hətta COVID-19 pasportu olmuş olsa belə, həyətyanı sahələrdə keçirilən toylarda 150 nəfərə qədər şəxsin iştirakı mümkün deyil. Bu cür məclislər yalnız 50 nəfər üçün nəzərdə tutulub.
Elşad Hacıyevin sözlərinə görə, həyatyanı sahədə keçirilən məclislərdə hər hansı bir qanun pozuntusu qeydə alınarsa, həm toy yiyəsi, həm də qonaqlar cərimələnəcəklər.