Türkiyənin İstanbul şəhərində azərbaycanlı sürücüyə silahlı hücum olub.
Küçükçekmecenin Halkalı Merkez məhəlləsində qırmızı işıqda gözləyən Azərbaycan vətəndaşına motosikletlə yaxınlaşan iki nəfər atəş açıb və onu ağır yaralayıblar.
Hadisə vaxtı sürücünün yanında qadın olsa da, o xəsarət almayıb.