Dövlət İmtahan Mərkəzi tərəfindən 1 və 2 iyul tarixlərində müxtəlif növ imtahanların keçirilməsi nəzərdə tutulub.
DİM-dən verilən məlumata görə, iyulun 1-də keçiriləcək imtahanlar Bakı (bir hissə), Naxçıvan, Gəncə, Şəki, Bərdə, Sabirabad və Lənkəran, iyulun 2-də keçiriləcək imtahanlar isə Bakı (digər hissə), Şəmkir, Qazax, Sumqayıt, Abşeron, Mingəçevir, Göyçay, Kürdəmir, Şirvan, Salyan, Cəlilabad və Xaçmaz rayonlarında təşkil olunacaq.
“İmtahana buraxılış vərəqəsi”də iştirakçıların hansı tarixdə və rayonda (şəhərdə) imtahan verməli olduqları haqqında məlumat qeyd olunub.
İyulun 1-də və 2-də aşağıdakı imtahanlar keçiriləcək.
1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;
2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;