“Aznar” QSC-nin sahibi, rusiyalı iş adamı Fərhad Əhmədova və onun şirkətlərinə məxsus İsmayıllı və Göyçay rayonları ərazisindəki malikanələrdə işləyənlər əməkhaqqını ala bilmir. Bunu Fərhad Əhmədovun obyektlərində müəllif nəzarəti qismində fəaliyyət göstərib xidmət haqqını ala bilmədiyini iddia edən Nəriman Rəşid oğlu Qarayev yazıb.
Nəriman Qarayev bildirir ki, baş vermiş ədalətsizliklə bağlı bir müddət əvvəl ölkə KİV-lərində məlumatlar yayımlandıqdan sonra işçilərə olan borcların bir qismi ödənilsə də, böyük qismi hələ ödənməyib.
Nəriman Qarayev yazır ki, Fərhad Əhmədovdan müsbətə doğru dəyişikliklər gözlədikləri halda onun rəsmi nümayəndələri Bəylər Abbasov, Nail Şahverdiyev və Asif İsmayılov əməkhaqqını ala bilməyən şəxslərin vəziyyətindən sui-istifadə ediblər: “Əvvəlcədən standard formada, mətnlərdə yalnız statistik məlumat yerlərini boş qoymaqla qəbzlər hazırlayıb və ödəniş etdikləri şəxslərə həmin o boş yerlərə statistik məlumatları öz xətləri ilə yazdıraraq imzaladıblar. Əldə etdiyimiz məlumata görə, Fərhad Əhmədovun yuxarıda adları keçən nümayəndələri borcları ödəyərkən saxtakarlığa yol verib, borclu olmadıqları şəxslərə də ödənişlər ediblər. Bu, bir daha göstərir ki, Fərhad Əhmədovun nümayəndələri yuxarıda qeyd olunan davranışları ya bilərəkdən məkrli planları üçün edirlər ya da öz obyektlərində işləmiş, material təmin etmiş, logistika ilə məşğul olmuş və s. xidmətlər göstərmiş insanlar haqqında olan məlumatları məhv ediblər. Amma məlumatlar məhv edilsə də, Fərhad Əhmədovun Rusiyadan dəvət etdiyi audit-yoxlamanın rəyi və görülmüş işlərlə qalıq məbləğləri təsdiq edən sənədlər zərərçəkənlərdə, o cümlədən məndədir”.
Şikayətçi yazır ki, F. Əhmədovun yuxarıda adları qeyd olunmuş nümayəndələri bu davranışları ilə aşağıda qeyd olunan yanlışlıqlara, qanunsuzluqlara yol veriblər:
“1. İmzalanmış qəbzlərdə qeyd olunan “Kənd” MMC-yə məxsus obyektdə hansı podrat işlərindən söhbət getdiyi qeyd olunmamaqla yanaşı podrat işləri deyərkən nəyi ehtiva etdikləri də qeyd olunmayıb.
2. İmzalanmış qəbzlərdə açıq şəkildə qeyd olunmayıb ki, podrat işləri ilə əlaqədar sifarişçi - “Kənd” MMC ilə icraçı - işi yerinə yetirmiş şəxslər arasında podrat müqaviləsi imzalanıb, yoxsa onlar qeyri-qanuni işlədilib?
3. İş görülən yer Fərhad Əhmədova və ona məxsus şirkətlərə aid olduğu, iş gördürənin isə Fərhad Əhmədov və onun şirkətləri olduğu halda imzalanmış qəbzlərdə qeyd olunduğu kimi, Nəriman Qarayev işçilərə necə pul ödəyə və yaxud ödəməyə bilər? Nə iş görülən obyekt Nəriman Qarayevindir, nə də iş gördürən Nəriman Qarayevdir. Belə olduğu halda “Kənd” MMC Nəriman Qarayevin əvəzindən necə pul ödəyə bilər? “Kənd” MMC-nin Nəriman Qarayevin əvəzindən pul ödəməsinin məqsədi nədir?