Azərbaycanda qadın məhkumların saxlandığı 4 saylı cəzaçəkmə müəssisəsi və yetkinlik yaşına çatmayan şəxslərin tərbiyə müəssisəsi köçürülür.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə insan haqlarının, o cümlədən məhkumların hüquqlarının təmin olunmasına xüsusi diqqət yetirilir, penitensiar sistemin təkmilləşdirilməsi ilə bağlı islahatlar aparılır:
“Dövlət başçısının tapşırıqlarına uyğun olaraq məhkumların cəmiyyətə reinteqrasiyası, onların yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkmələri, saxlanma şəraitinin beynəlxalq standartlara uyğun yaxşılaşdırılması məqsədilə paytaxtda və bölgələrdə penitensiar infrastrukturun müasirləşdirilməsi üzrə tədbirlər davam etdirilir. Görülən tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikasında və Şəkidə müasir penitensiar komplekslər, paytaxtın Zabrat qəsəbəsində isə Bakı İstintaq Təcridxanası inşa olunaraq istifadəyə verilib”.