Qardabaninin Nəzərli kəndindən olan iki azərbaycanlı yeniyetmə rayonda yerləşən SES-in yaxınlığındakı süni göldə batıb.
Gürcüstanda iki azərbaycanlı yeniyetmə göldə batdı
Pravda.az-ın xəbərinə görə, 17 yaşlı yeniyetmə boğulmaq təhlükəsi ilə üzləşən 15 yaşlı kəndlisini xilas etməyə çalışıb, bu zaman hər ikisi suda batıb.
Yeniyetmələrin meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.