Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Pravda.az xəbər verir ki, təltif edilənlər arasında yüksək rütbəli hərbçilər də var. Onlar bir neçəsi 2 medalla təltif edilib.
“Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilən generallar:
Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Nağıyev Əfqan Vəli oğlu;
Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi, general-leytenant Piriyev Heydər Kamal oğlu;
Müdafiə nazirinin müavini — Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Tahirov Ramiz Firudin oğlu;
Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Mərkəzinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi olmuş Əliyev Rasim Məmmədəli oğlu; (hazırda təqaüddədir)
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun şəxsi heyət üzrə müavini, daha öncə “Vətən uğrunda” medalı ilə təltif edilmiş general-mayor Kazımov Vasif Ramiz oğlu (Həm də “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib).
“Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilən generallar:
Xüsusi təyinatlı qüvvələrinin komandanı, general-leytenant Hikmət Mirzəyev;
Şuşanın ilk komendantı, XTQ komandanı, general-mayor Zaur Cavanşir (Məmmədov);
4-cü Ordu Korpusu (Bakı korpusu) komandanı, general-mayor İlqar Lətifov;
Xatıradaq ki, İ. Lətifov həbs edilən general Rövşən Əkbərovun yerinə təyin edilib.
“Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilən generallar:
Dövlət Sərhəd Xidməti rəisinin müavini, Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov;
Dövlət Sərhəd Xidmətinin Baş İdarə rəisi, general-mayor Azər İbrahimov;
“Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilən generallar:
Müdafiə nazirinin müavini — Hərbi Hava Qüvvələrinin Komandanı, general-leytenant Ramiz Tahirov;
Dövlət Sərhəd Xidmətinin Baş İdarə rəisi, general-mayor Azər İbrahimov;
“Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilən generallar:
Şuşanın ilk komendantı, XTQ komandanı, general-mayor Zaur Cavanşir (Məmmədov);