Parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova Milli Məclis adından 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Pravda.az-ın xəbərinə görə, o, sabahkı bayram münasibətilə Silahlı Qüvvələrin bütün heyətini və Azərbaycan xalqını da deputatların adından təbrik edib.
“Bu il Azərbaycan xalqı Silahlı Qüvvələr gününü böyük sevinc və qürur hissi ilə qeyd edir. Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu xalqımızın qəhrəmanlıq tarixinə yeni parlaq səhifələr yazmışdır. Azərbaycan torpaqlarını 30 ildən bəri işğal altında saxlamış Ermənistan silahlı qüvvələri darmadağın edilmişdir. Əzəli və tarixi torpağımız olan Qarabağ mənfur düşmənin əsarətindən xilas edilib.
Tarixi ədalətin öz yerini tutması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması xalqımızın özünə inamını qaytarmış və ruhunu təzələmişdir. Bu gün biz yurd yerlərimizə, doğma Qarabağa qayıdırıq. Bu haqqı bizə qəhrəman ordumuz, onun Ali Baş Komandanı qaytarıb. Biz şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyini və fədakarlığını heç zaman unutmayacağıq.