Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

"Bu, onu göstərir ki, Prezident hər kəsi düşünür" - RƏY

1 096
Paylaş:
"Bu, onu göstərir ki, Prezident hər kəsi düşünür" -       RƏY

“İyunun 24-də Azərbaycan Prezidenti İlham Əliyev hərbçiləri növbəti dəfə təltif etdi. Bizə qələbə qazandıranlara dövlət tərəfindən fərq qoyulmadan qiymət verilməsi təqdirəlayiqdir".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, təltifetmə zamanı insanlar arasında hər hansı fərq qoyulmadığı, hətta təltif olunanlar arasında Azərbaycanın tanınmış müxalifətçilərinin övladlarının da olduğu müşahidə edilib: “Bu, onu göstərir ki, dövlət hər kəsi düşünür. Dövlət başçısı bu funksiyanı çox uğurla yerinə yetirir. Deyərdim ki, bu birinci mərhələdir, bundan sonra onların sosial problemlərinin həlli, hər hansı məsələnin yerinə yetirilməsi daim dövlətin  diqqətində olacaq. Şəhid ailələrinin mənzillə təmin edilməsi, onların sosial problemlərinin həlli, övladlarına diqqət göstərilməsi bu qəbildən olan məsələlərdir. Həmçinin Vətən müharibəsində yararlananların Azərbaycanda və Türkiyədə müalicə olunması,  ehtiyacı olanların protezlə təmin edilməsi  dövlətin diqqətindən qaçmır”.

O qeyd edib ki, Vətən öz oğullarına yüksək qiymət verir: “Onların yüksək dövlət mükafatları ilə təltif olunması, şəxsən cənab Prezident tərəfindən diqqət və qayğının göstərilməsi bunun nümunəsidir».

Nəzrin Cavid

Paylaş:

Ən son xəbərlər