Yerli icra hakimiyyəti orqanları yaşayış sahəsinə ehtiyacı olan qismində müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxsin, şəhid ailə üzvünün uçota alınması barədə müraciətlərin qəbulunu həyata keçirəcək.
Pravda.az xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 25 iyun tarixli fərmanı ilə təsdiq edilmiş şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərində göstərilən xidmətlərin və həmin xidmətləri göstərən dövlət orqanlarının (qurumlarının) siyahısında öz əksini tapıb.
Həmçinin yerli icra hakimiyyəti orqanları: