Məzmuna keç
Pravda.az — xəbər portalı
Hərbi

Müdafiə naziri hərbi hospitalda oldu - VİDEO

1 861
Paylaş:
Müdafiə naziri hərbi hospitalda oldu -     VİDEO

Silahlı Qüvvələr Günü münasibətilə iyunun 25-də Müdafiə Nazirliyinin rəhbər heyəti Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Müdafiə Nazirliyindən Pravda.az-a bildirilib ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov hospitalda müalicə olunan hərbi qulluqçularla görüşərək onların səhhəti ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini hərbi qulluqçulara çatdırıb.



Paylaş:

Ən son xəbərlər