BURADA REKLAMINIZ OLA
BİLƏR

Xalq artistinin Şuşada şəhid olan oğlu təltif edildi

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iyunun 24-də imzaladığı Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncamına əsasən təltif olunanlar arasında şəhid baş leytenant Rövşən Nurzadə də var.

Pravda.az xəbər verir ki, Rövşən Nurzadə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunan 5784 nəfərlə birgə bu ada Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə layiq görülüb.

Qeyd edək ki, baş leytenant Rövşən Nurzadə 24 mart 1975-ci ildə Sumqayıt şəhərində anadan olub.

O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rövşən Nurzadə noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli sərəncamına əsasən Rövşən Nurzadə ölümündən sonra “Vətən uğrunda”, Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə 18.12.2020-ci il tarixli sərəncama əsasən “İgidliyə görə” və Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə 29.12.2020-ci il tarixli sərəncama əsasən “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi.

Rövşən Nurzadə teatr aktyoru, Azərbaycan Respublikasının xalq artisti, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Əli Nurzadənin oğludur.

Teleqraf.com

Tarix: 25 İyun 2021, 21:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin