"Bilasuvar və Cəlilabadda Müsavat Partiyasının deputatlığa namizədlərinin seçicilərlə görüşlərində iştirak etdik. Namizədlərimizin seçicilərə müraciət çıxışları möhtəşəmdir. Hər birinin siyasi səviyyəsi, problemlərdən çıxış yolları haqqında aydın təsəvvürləri və izahatları, cəsur mövqeləri, natiqlik qabiliyyətləri hakimiyyəti təmsil edən bütün iddiaçılara nümunə ola bilər. Görünür ki, namizədlərimizin nüfuzları da yüksəkdir. Hətta görüşlərə göndərilən öyrədilmiş adamlar da replikalarını "sizə böyük hörmətim var" deməklə başlamaq zorundadır".
Pravda.az-ın xəbərinə görə, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı deyib.