Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

“Göylər bələdiyyəsində “pulun var giriş, yoxdursa sürüş" qanunu işləyir”

1 478
Paylaş:
“Göylər bələdiyyəsində “pulun var giriş, yoxdursa sürüş" qanunu işləyir”

Şamaxının Göylər kəndinin sakini 66 yaşlı Təhminə Nuhova kənd bələdiyyəsinin qanunsuzluqlarından şikayətçidir. Deyir ki, bələdiyyə 1992-ci ildən istifadəsində olan 20 sot torpaq sahəsini başqa bir şəxsin adına rəsmiləşdirib:

“1992-ci ildən Göylər kəndinin ərazisində, evimizin 5 kilometrliyində, dağda özümüzə yer götürdük. Həmin yeri hasarladıq. 20 sot torpağı götürüb orada ev tikməyə hazırlıq gördük ki, ev tikək. Amma imkan olmadı deyə ev tikə bilmədim. Bütün Göylər camaatı bilirdi ki, ora mənimdir. Hər il orada otu biçib heyvanlarımıza verirdik. Oralar əldən-ayaqdan uzaq bir yerdir, yol-iz belə yox idi. Belimizdə hasarlamaq üçün materialı bir-bir ora daşımışdıq. Atam rəhmətə gedəndən sonra ev tikə bilmədim. İmkansızlıq da bizi zəif saldı. 2 il əvvəl Göylər bələdiyyəsinin sədri Nəbi Nəbiyevin yanına getdim. Ondan torpağa aid sənədləri istədim. Dedi ki, sənəd işi qəlizdir, gərək 1500 manat verəsən ki, yuxarılara çatdırım, sənə sənəd düzəlsin. Mən də lotereya oynadım, 500 manat yığdım, Nəbiyə zəng elədim. Dedi ki, 1500 manat olmasa, iş düzəlməz, sənəd verə bilmərəm. Ona yalvardım ki, pulu götür, sənədi hazırla, 1000 manatı da toplayıb verərəm. Pulu almadı”.

Təhminə Nuhova deyir ki, ötən ilin əvvəlində Nəbi Nəbiyev ona zəng edib: “Dedi ki, Elxanı göndərirəm 500 manatı ona ver. Mən də pulu xərcləmişdim dərd-sərimə. Nəbi dedi ki, onda incimə məndən. ”Elə bilirsiz ki, pul mənə qalır?" deyib sənədi vermədi. 1 ay əvvəl isə mənim torpaq sahəmə vaxtilə bələdiyyə sədri olmuş Babaqulu Qaydarovun bacısı Möminənin adına sənəd veriblər. Möminəyə zəng vurdum, dedi ki, bəs oğlum İsveçrədədir, mənə heç nə edə bilməzsən. Haqsızlıq etdiyini dedim, Allaha tapşırdım.

Göylər bələdiyyəsində “pulun var giriş, yoxdursa, sürüş” qanuni işləyir. Mən ölkə rəhbərliyinə, baş prokuror Kamran Əliyevə müraciət edirəm, Göylər bələdiyyəsində mənə qarşı baş verən qanunsuzluğu araşdırsınlar. Mən illərlə həmin torpağa qulluq etmişəm ki, kimsə pul verib əlinə bir sənəd almaqla məndən alsın? Mənim hasarımı uçurub özlərinə hasar çəkirlər. Kimə deyirəm, deyir mənlik deyil".

“Yeni Müsavat”

Paylaş:

Ən son xəbərlər