Əfsanəvi basketbolçu Kobi Brayant ölüb.
Əfsanəvi basketbolçu helikopter qəzasında həlak oldu
Pravda.az-ın xəbərinə görə, Milli Basketbol Assosiasiyasının (MBA) tarixinə düşən amerikalı idmançı helikopter qəzasında ölüb.
41 yaşlı veteran nəqliyyat vasitəsinin ABŞ-ın Los-Anceles şəhərində qəza nəticəsində yerə çırpılması zamanı dünyasını dəyişib. Onunla bərabər helikopterdə olan digər dörd şəxs – K.Brayantın üç dostu və pilot da vəfat edib.
Qeyd edək ki, karyerasını 2016-cı ildə başa vuran K.Brayant karyerası ərzində yalnız bir klubda – “Los-Anceles Leykers”də oynayıb. 5 dəfə MBA çempionu olan basketbolçu yarışın tarixində ən çox xal toplayan 4-cü bombardirdir.