"İnsan orqanizmində anticisimlərin səviyyəsindən asılı olmayaraq, koronavirusa qarşı vaksinasiya aparıla bilər".
Pravda.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Rusiyadakı nümayəndəsi Melita Vuynoviç bildirib.
“Anticisimlərin səviyyəsi nə olursa-olsun, təhlükəsiz şəkildə peyvənd oluna bilərsiniz” – deyə, ekspert qeyd edib.
Onun dediyinə görə, peyvənd olunandan sonra da qoruyucu maska taxmaq vacibdir.
"Anticisimlərin səviyyəsindən asılı olmayaraq, koronavirusa qarşı vaksinasiya aparıla bilər"