Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Prezident Azərbaycan xalqına verdiyi vədi yerinə yetirdi, şəhidlərimizin qisası döyüş meydanında alındı” - RƏY

1 249
Paylaş:
“Prezident Azərbaycan xalqına verdiyi vədi yerinə yetirdi, şəhidlərimizin qisası döyüş meydanında alındı” -         RƏY

“İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşdə mühüm mesajlar verdi. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan ordusu Vətən müharibəsində parlaq qələbə qazanıb, düşmən məhv edilib. Azərbaycan ordusu düşmənin belini qırıb, diz çökdürüb. Bununla da Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Ali Baş Komandanın qeyd etdiyi kimi, qalib ordumuz birinci və ikinci Qarabağ müharibələri şəhidlərinin, Xocalı qurbanlarının qisasını döyüş meydanında aldı. Bununla da müzəffər Ali Baş Komandan xalqa verdiyi vədi yerinə yetirmiş oldu”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan Ordusu son illər xeyli güclənib: “Dövlət başçısı ordunun maddi-texniki bazasının yaxşılaşdırılmasına, müasir silahlarla təmin edilməsinə xüsusi önəm verir. Elə bunun nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi. Biz həm də dünyadakı erməni faşizminə qalib gəlmişik. Ali Baş Komandan iyunun 26-da çıxış edərək Ermənistana növbəti xəbərdarlığını etdi. Ölkə başçısı bildirdi ki, Ermənistanın inkişafı üçün də yeganə yol var - öz qonşuları ilə normal münasibətlər qurmaq və ərazi iddialarından əl çəkmək, Dağlıq Qarabağ sözünü ümumiyyətlə işlətməmək. Çünki Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur, Dağlıq Qarabağ münaqişəsi anlayışı yoxdur. Ermənilər Vətən müharibəsindən dərs çıxarmalıdırlar. Delimitasiya üzrə işçi qrup yaradılmalıdır. Sülh müqaviləsinə hazırlıq işləri getməlidir. Azərbaycana Ermənistan lazım deyil, ölkəmiz beynəlxalq münasibətlərini yüksək səviyyədə qurub. Amma Ermənistanın Azərbaycana ehtiyacı var. Ermənistan bugünkü rəzil durumdan çıxmaq üçün qonşularla normal münasibət qurmalıdır. Bunun əksi isə uçurumdur. Ermənistan yenidən revanşist addımlar atacaqsa, “dəmir yumruq” işə düşəcək. Prezident ona görə vurğuladı ki, Azərbaycan Ordusu bundan sonra da gücləndiriləcək, say tərkibi genişləndiriləcək”.

C.Osmanov qeyd edib ki, cəmi 7 ay keçməsinə baxmayaraq, Qarabağda böyük quruculuq işlərinə start verilməsi ölkənin qüdrətindən xəbər verir: “Azərbaycan dünyada qüdrətli ölkəyə çevrilib. Vətən müharibəsindən sonra Azərbaycan daha da gücləndi. Qüdrətli Azərbaycanın təməlini isə vaxtilə ulu öndər Heydər Əliyev qoyub. Cənab İlham Əliyev 2003-cü ildən Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir. Dövlət başçısı 2003-cü ildə demişdi ki, güclü və qüdrətli Azərbaycan əsas konsepsiyamızdır. Həmin müddətdən sonra Azərbaycan daha da gücləndi, ölkədə bütün sahələrdə inkişaf özünü göstərdi. Ali Baş Komandanın həyata keçirdiyi uğurlu beynəlxalq siyasət Vətən müharibəsində bir daha aydın göründü. Prezident İlham Əliyevin sərkərdəlik qabiliyyəti həm döyüş meydanında, həm də diplomatiyada üstünlük əldə etməyimizə gətirib çıxardı. Azərbaycan xalqı 30 il idi ki, torpaq həsrəti ilə yaşayırdı, “dəmir yumruq” kimi birləşməyimizin əsas səbəbi cənab İlham Əliyevin sərkədəlik qabiliyyəti idi. Xalq Ali Baş Komandanın qətiyyətinə, prinsipiallığına yaxşı bələddir. Cənab İlham Əliyev dünyaya nümunə olan liderdir. Dövlət başçısının qətiyyətli addımları sayəsində bu il Silahlı Qüvvələr Günü fərqli ab-havada qeyd olundu. Bu, prezidentin nitqində də hiss olunurdu. Qalib Ali Baş Komandanın qalib zabitlərlə görüşü xalqa ruh verdi. Əminik ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında bundan sonra daim inkişaf edəcək”.

Kənan Mirzəyev

Paylaş:

Ən son xəbərlər