Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bakı-Qazax yolunda ağır qəza, ölən və xəsarət alanlar var

1 330
Paylaş:
Bakı-Qazax yolunda ağır qəza, ölən və xəsarət alanlar var

Bakı-Qazax magistralının Şəmkir rayon ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi olub.

Pravda.az-ın məlumatına görə, hadisə rayonun “Üç yol” deyilən ərazidə qeydə alınıb. Belə ki, "VAZ-2107" və "QAZ-3110" markalı avtomobillərin toqquşması nəticəsində 1 qadın (şəxsiyyəti dəqiqləşdirilir-red) hadisə yerində dünyasını dəyişib, daha 2 nəfər - 1983-cü il təvəllüdlü Kərimov Daşqın Davud oğlu və 1984-cü il təvəllüdlü Kərimov Vüqar Əli oğlu isə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar Şəmkir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Report

Paylaş:

Ən son xəbərlər