Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

“Prezidentin gərgin siyasi fəaliyyəti, xalqımızın sarsılmaz həmrəyliyi, ordumuzun gücü öz müsbət nəticəsini verdi” - RƏY

926
Paylaş:
“Prezidentin gərgin siyasi fəaliyyəti, xalqımızın sarsılmaz həmrəyliyi, ordumuzun gücü öz müsbət nəticəsini verdi” -     RƏY

“Tam əminliklə deyə bilərəm ki, cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 17 il ərzində Azərbaycan Vətən müharibəsindəki qələbəyə addım-addım yaxınlaşırdı”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

M.Cəfərov bildirib ki, Qarabağ münaqişəsinin davam etdiyi illərdə cənab prezident çox böyük uzaqgörənlik və təmkinlə həm diplomatik, həm də ordu quruculuğunda təxirəsalınmaz tədbirlər reallaşdırıb: “İştirakçısı olduğu ən yüksək beynəlxalq tədbirlərin tribunalarından Qarabağ həqiqətlərini dünyaya bəyan edir, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin ölkəmizin əzəli torpağı olduğunu və işğaldan azad edilməsinin labüdlüyünü çatdırırdı. Eyni zamanda, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir hərbi texnika ilə təchizatının təmin edilməsi üçün səylər göstərirdi. Ölkə başçısı tərəfindən müharibə zamanı Azərbaycanın beynəlxalq hüququn tələblərinə uyğun öz torpaqlarında savaş apardığını sübut etməklə ermənipərəst xarici dairələrin döyüşlərin gedişinə müdaxilələrinin qarşısını böyük məharətlə aldı. Prezidentin 17 il ərzində gərgin siyasi fəaliyyəti, xalqımızın sarsılmaz həmrəyliyi, rəşadətli ordumuzun gücü, qüdrəti, cəsarəti, nəhayət, öz müsbət nəticəsini verdi. Artıq münaqişə başa çatdı. Bu bütövlükdə regionun inkişafına zəmin yaradacaq amildir. 30 illik sülh danışıqları prosesində  ermənipərəst dövlətlər tərəfindən  Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu.  Lakin cənab prezidentin uzaqgörən siyasəti, qurulan mühüm iqtisadi əlaqələr, xarici ölkələr üçün Azərbaycanın etibarlı strateji tərəfdaşlığı qələbəmizin təminatında mühüm rol oynadı. Qısa müddət ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş bölgələrimizin inkişafı istiqamətində kifayət qədər nəhəng layihələrin icrasına başlayıb, kommunikasiya və s. imkanlar genişləndirilir. Gələcəkdə bu istiqamətdə iqtisadi inkişaf proqramları reallaşacaq, yollar abadlaşacaq, sakinlərin rahat yaşaması üçün hər cür şərait yaradılacaq”.

Kənan Mirzəyev

Paylaş:

Ən son xəbərlər