Salyan rayonunda qətl hadisəsi baş verib.
Hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Belə ki, ailə münaqişə zəmnində kənd saini, 1972-ci il təvəllüdlü İsbəndərov Ənvər Həbibulla oğlu həyat yoldaşı, 1982-ci il təvəllüdlü İsgəndərova Nuranə Eminəli qızını bıçaqla vuraraq qətlə yetirib.
İlkin məlumata görə, hadisəni törədəndən sonra Ə.İsgəndərov könüllü olaraq özünü polisə təslim edib.