Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının dosenti, tarix elmləri namizədi İlham Mazanlı vəfat edib.
İlham Mazanlı vəfat etdi
Pravda.az-ın xəbərinə görə, bu barədə İ.Mazanlının yaxınları məlumat yayıb.
Qeyd: İlham Mazanlı 1956-cı ildə anadan olub. 1973-cü ildə orta məktəbi, 1978-ci ildə BDU, jurnalistika fakültəsini, 1991-ci ildə Rusiya Prezidenti yanında Dövlət Qulluğu Akademiyasının, kütləvi informasiya vasitələri kafedrası üzrə aspiranturasını bitirib. Həmin il "Mətbuat millətlərarası münasibətlərin təkmilləşdirilməsi amili kimi" adlı namizədlik dissertasiyası müdafiə edib.