Moskvanın Lyubertsı şəhərində yerləşən 12 saylı bronxial uşaq sanatoriyası yaxınlığındakı meşə massivində yanğın başlayıb.

Pravda.az xəbər verir ki, bu barədə paytaxtın Təcili Yardım Xidməti məlumat yayıb.

Malaxovka kəndi ərazisində baş verən yanğın meşənin 0,7 hektarını əhatə edib.

Yanan ərazidən 900 metr məsafədə yerləşən sanatoriyada hazırda 77 uşağın və 12 işçinin olduğu bildirilir.

Yanğının söndürülməsi üçün Moskva Aviasiya Mərkəzinin “APU-5” və “Ka-32” helikopteri havaya qaldırılıb.

Uşaqların evakuasiyası üçün sanatoriyaya üç avtobus göndərilib.