Azərbaycanın dövlətçilik tarixində önəmli yeri olan Şirvanşahlar dövlətinin əsas iqamətgahlarından hesab edilən Şamaxıdakı Buğurd qalası dağılmaq təhlükəsi ilə üz-üzə qalıb. 12-15-ci əsrlərə aid Buğurd qalası Şamaxı şəhərindən 20 km şimal-qərbdə yerləşir.
Buğurd qalasında 17-ci əsrə qədər yaşayış olub.
Qalada su-kanalizasiya sistemi, inzibati binalar, saraylar, məscidlər, su anbarları və hamamlar mövcud olub.