Bakı şəhərində inşaat malları mağazasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Binəqədi rayonunda ümumi sahəsi 2000 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı (inşaat və ərzaq malları mağazaları və s.) ikimərtəbəli tikilinin 1-ci mərtəbəsində sahəsi 28 m² olan inşaat malları mağazasının lambirindən ibarət tavanı və içərisində hər birinin tutumu 1 litr olan 7 ədəd boya çəlləyi yanıb.