BURADA REKLAMINIZ OLA
BİLƏR

AŞPA-nın qış sessiyası başlayır

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası başlayır.

 

Pravda.az-ın xəbərinə görə, sessiya çərçivəsində Gürcüstan və Moldovanın prezidentləri, Gürcüstanın Xarici İşlər naziri çıxış edəcəklər.

 

Bundan əlavə, Polşada demokratik institutların fəaliyyəti, media azadlığına və jurnalistlərin təhlükəsizliyinə təhdidlər, Belarusda keçirilmiş parlament seçkilərinin nəticələri və s. mövzular müzakirə olunacaq.

 

Həmçinin yanvarın 28-də Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir də keçiriləcək.APA

Tarix: 27 Yanvar 2020, 10:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin