Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində Ukraynada istehsal olunan və “Azroşen” MMC tərəfindən ölkəmizə idxal edilən “Roshen” əmtəə nişanlı karamel məhsuluna Agentliyin müfəttişləri tərəfindən baxış keçirilib.
AQTA-dan verilən məlumata görə, məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında müayinələrə cəlb olunub.