Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı məqsədilə başladılan “Məşğulluq marafonu”na Bakı və ölkəmizin bölgələri üzrə artıq 163 işəgötürən qoşulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, həmin işəgötürənlərin 89-u xidmət, 54-ü emal, 16-sı kənd təsərrüfatı, 4-ü tikinti sahələri üzrə fəaliyyət göstərir. Onlar tərəfindən elektron sistemə 587 vakansiya təqdim edilib.