Avstraliyanın Yeni Cənubi Uels ştatının polisləri epidemiya tələblərini pozan və ictimai yerə maskasız daxil olan ölkənin Baş nazirinin müavini Barnabi Djoysu cərimələyib. Bu barədə ABC məlumat yayıb. H üquq-mühafizə orqanları Armideyl şəhərində yerləşən yanacaqdoldurma məntəqəsinin işçilərinin şikayəti əsasında hadisə yerinə yollanıb.
Baş nazirin müavini cərimələndi
Yanacaqdoldurma məntəqəsinin əməkdaşları B.Djoysun onların maska taxmaq xəbərdarlığına məhəl qoymadığından şikayət ediblər.
Hadisəyə müdaxilə edən polislər Baş nazirin müavininə 200 Avstraliya dolları (256 manat) həcmində cərimə yazıblar.