Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

“KQB” veteranı və həyat yoldaşı yaşadıqları mənzildə istidən ölüblər

1 784
Paylaş:
“KQB” veteranı və həyat yoldaşı yaşadıqları mənzildə istidən ölüblər

Böyük Vətən Müharibəsi veteranı, uzun müddət “KQB”də xidmət etmiş 94 yaşlı Vasili Petroviç və 89 yaşlı həyat yoldaşı Svetlana Semyonovnanın Moskvada yaşadıqları ünvanda meyitləri tapılıb.

Onlar çoxmərtəbəli binanın ən üst mərtəbəsində son günlər müşahidə edilən isti hava şəraitindən dünyalarını dəyişiblər.

Məlumata görə, təqaüdçülər ölümdən bir az əvvəl qohumlarına dözülməz istilərlə bağlı şikayətləniblər.

İyunun 26-da cütlüyün qəfildən halı pisləşib. Onlardan biri özündə güc toplayaraq şəhər telefonu ilə təcili yardım çağırmağı bacarıb. Lakin həkimlər mənzilə daxil ola bilməyiblər. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri qapını sındırmaq məcburiyyətində qalıb. Mənzilə daxil olanda təqaüdçülərin meyitləri ilə rastlaşıblar.

APA

Paylaş:

Ən son xəbərlər