BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qarabağdakı dağıntıların bəşəriyyətin tarixində bir daha təkrarlanmamasına diqqət ayrılmalıdır” - Mikayıl Cabbarov

“Bu gün bu tədbirdə iştirak etmək qürurvericidir. Bu, yeni, böyük bir yolun başlanğıcıdır”.

 

Pravda.az-ın məlumatına görə, bunu “Karabakh.Center” internet resursunun təqdimat mərasimində iqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov deyib.

 

Nazir bildirib ki, qəhrəman Azərbaycan Ordusunun şücaəti nəticəsində bu gün işğaldan azad edilmiş Qarabağın dirçəlişi məsələsi müzakirə olunur: “Müharibə bizi testdən keçirdi. Bunlardan biri cəmiyyətin birləşməsi testi idi ki, biz bu sınaqlardan üzüağ çıxdıq. Torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən prosesin iştirakçısı olduq. Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə müddətli kimi deyil, əbədi baxmalıyıq. Çünki burada yalnız dağıdılmış maddi irsimizin bərpası kimi hədəflərlə məhdudlaşa bilmərik. Biz bu prosesdən irəli gələrək daimi, dayanıqlı inkişafı hədəfləməliyik. Artıq yeni çərçivədə təqdim olunan ağıllı şəhər, ağıllı kənd anlayışlarının yaradılmasının şahidiyik. Bərpa prosesi tarixi əhəmiyyət daşıyan abidələrimizin sadəcə qorunub saxlanmasından ibarət deyil, onun inkişaf etdirilməsi prosesi də aparılmalıdır. Tarixdə Stalinqrad, Sarayevo, Xirosima da olub. Qarabağdakı isə şüurlu şəkildə, on illiklər ərzində həyata keçirilən dağıntı prosesidir. Bunun bir daha bəşəriyyətin tarixində təkrarlanmamasına diqqət ayrılmalıdır. “Karabakh.Center” internet resursunun təqdimatı I Vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü əsasında gerçəkləşir”.

Tarix: 30 İyun 2021, 11:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin