“İşğal zamanı dağıntılar, sadəcə, tarixi obyektlərimizə, mülkümüzə qarşı törədilməyib. Bu gözəl guşənin təbiətinə də çox böyük zərər vurulub”.
Nazir: “İşğal zamanı təbiətə də çox böyük zərər vurulub”
Pravda.az-ın məlumatına görə, bunu “Karabakh.Center” internet resursunun təqdimat mərasimində iqtisadiyyat naziri, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, internet resursunda bu barədə də məlumatlar dərc olunub: “Bu dağıntılar bizim hansı düşmənlə üz-üzə olduğumuzu göstərir”.