BURADA REKLAMINIZ OLA
BİLƏR

Növbəti təlim-döyüş tapşırıqları icra edildi - VİDEO

Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Mustafa Kamal Atatürk – 2021” birgə döyüş atışlı taktiki təlimlərində növbəti təlim-döyüş tapşırıqları icra edilib.

Pravda.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, Təlimlərin ilkin mərhələsində şəxsi heyət, silah və döyüş texnikası cəmləşmə rayonuna çıxarılıb və qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi üçün hazır vəziyyətə gətirilib.

Müxtəlif mərhələlər üzrə keçirilən təlimlərdə artilleriyaçılar tank bölmələrinin dəstəyi ilə şərti düşmənin canlı qüvvəsi və zirehli texnikasının məhv edilməsi üzrə tapşırıqları yerinə yetiriblər.

 

 
 


Tarix: 30 İyun 2021, 20:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin