Tarif Şurası qaz qiymətlərini qaldırdı. Amma bu dəfə etiraf etmək lazımdır ki, Tarif Şurasının qərarı əhaliyə, ələlxüsus da aztəminatlı əhali kataqoriyası üçün ciddi təsir etməyəcək. Tarif Şurası bildirir ki, qaz istehak həcmi bir milyard kub metr (2.7 milyard kub metrdən 3.7 milyard kub metrə) artıdığından dövlət büdcəsinə yük olmaması üçün bu addım atılıb. Əhali abunəçilərinin təxminən 51%-ni əhatə edən istehlakçılar üzrə təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməyib və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. İstehlak edilən qazın 1200 – 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.
Pravda.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Eldəniz Əmirov qeyd edib.
O bildirib ki, hazırda 2500 kubmetrdən çox istifadə edən insan çox və kasıb deyil: “Həm də bu qənaətə sövq edər. Sənaye və kənd təsərrüfatı sahələrinə verilən təbii qazın tarifi bu mərhələdə dəyişdirilməyərək mövcud 20 qəpik səviyyəsində saxlanılıb. Bilirik ki istilik elektrik stansiyalarında elektrik enerjisinin alınması zamanı daha çox təbii qazdan istifadə edilir.