Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov İsrailin Azərbaycandakı səfiri Corc Diki qəbul edib.
Ramil Usubov İsrail səfirini qəbul etdi
Pravda.az-ın xəbərinə görə, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin rəsmi "Twitter" səhifəsində bildirilib.
Qeyd olunub ki, görüş zamanı tərəflər Azərbaycan və İsrail arasında ikitərəfli münasibətləri müzakirə ediblər.APA