Bakıda piyada səkisinin üstündə pilləkən tikilib. Bu səbəbdən vətəndaşlar avtomobil yoluna çıxmağa məcbur qalırlar.
Nizami rayonu, Bəhruz Nuriyev küçəsində obyekt sahibinin tikdiyi pilləkən piyada səkisinin üzərində yerləşir. Bu isə piyadaların təhlükəsiz hərəkətinə mane olur.
Kafe sahibi isə çəkiliş aparıldığını bildiyi halda əraziyə gəlmədi. Ətrafdakı obyekt sahibləri zəng edib kafe sahibinə məlumat versələr də, o, bizimlə əlaqə saxlamadı.