Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Jurnalistlərin media reyestrində qeydiyyat prosesi necə olacaq? – AÇIQLANDI

1 255
Paylaş:
Jurnalistlərin media reyestrində qeydiyyat prosesi necə olacaq? –     AÇIQLANDI

Yeni hazırlanan "Media haqqında" qanun layihəsinə əsasən, jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə media reyestrinin formalaşdırılması nəzərdə tutulub. Reyestrə daxiledilmə könüllülük prinsipi əsasında həyata keçiriləcək. 

Pravda.az-ın xəbərinə görə, bunu Medianın İnkişafı Agentliyinin Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva deyib.

S.Şəfiyeva bildirib ki, adları media reyestrinə daxil edilən jurnalistlərə vahid jurnalist vəsiqəsi veriləcək: “Vahid jurnalist vəsiqəsi əldə edənlərə güzəştlərin edilməsi və müəyyən imtiyazların verilməsi nəzərdə tutulub”.

Reyestrə daxil olmaq üçün ali təhsil və minimum 3 il əmək stajı tələb edilir.

Paylaş:

Ən son xəbərlər