“Azərbaycan tərəfi tezliklə Qırmızı Bazar - Şuşa yolundan istifadəni dayandıracaq”.
Bunu Qarabağdakı separatçı rejimin “dövlət naziri” kimi təqdim olunan Artak Beqlyaryan deyib. AzadlıqRadiosunun Erməni xidməti yazır ki, Beqlyaryan yolların təhlükəsizliyinin təmin olunması, işıqlandırma və nəzarətin gücləndirilməsi üçün əlavə tədbirlərin görüldüyünü deyib:
“Əlbəttə hazırda təhlükəsizliyi Rusiya sülhməramlıları təmin edirlər və bütünlükdə təhlükəsizlik təmin olunub. Əlbəttə kiçik insidentlər olub və bunların bəzisinə reaksiya verilib və tədbir görülüb. Bizim silahlı qüvvələrimiz habelə önləyici işlər həyata keçirirlər. Bu işlər barədə çoxları bilmir və təsəvvür də etmir ki, bu halların qarşısı alınmasa nə baş verə bilərdi.