Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iddia edir ki, Rusiya sülhməramlıları Qarabağı müddət bitəndən sonra da tərk etməyəcəklər.
Pravda.az-ın xəbərinə görə, Qriqoryan ona bu zəmanəti rusiyalı həmkarlarının verdiyini söyləyib.
Onun bu açıqlamasına Rusiya rəsmilərindən münasibət bildirilməlidir. Əks halda, Moskvanın sükutu Qriqoriyanın fikirlərini təsdiqləyir. Bu da özlüyündə Kremlin İrəvanla gizli danışıqlar apardığına dəlalət edir.
Belə çıxır ki, ruslar bizim çiynimiz arxasında işlər çevirir, ermənilərlə pərdəarxasında anlaşıblar. O zaman 10 noyabr sənədinin əhəmiyyəti nədən ibarətdir? Sənəddə göstərilir ki, rus sülhməramlı qüvvələri 2025-ci ildə müqavilənin bitməsinə 6 ay qalmış tərəflərdən birinin etirazı olarsa, bölgəni tərk etməlidir. Ancaq o da istisna deyil ki, həmin ərəfədə süni təxribatlar törətməklə, bölgədə gərginliyin dozasını artırmaqla rus qoşunlarının Dağlıq Qarabağda qalmasının ömrünü uzatmaq üçün səbəb göstərilə bilər. O məntiqlə ki, regionda sabitlik yoxdur, sülhməramlılar daha 5 il xidmət etməlidir. Əslində əvvəldən aydındır ki, Rusiya qoşunları bu ərazilərə cəmi 5 il üçün gəlməyiblər.
Ancaq Azərbaycan 4 il sonra izn versə, ruslar bölgədə qalacaq, verməsə gedəcəklər. Necə ki, Qəbələ RLS-dən getdilər. O da istisna deyil ki, Qriqoryan bununla erməni toplumunu sakitləşdirməyə çalışır. Bununla ictimai rəy yaratmağa çalışır ki, rusların müvəqqəti nəzarətində olan anklavın Azərbaycana dəxli yoxdur, Bakının iradəsi orada işləmir.
Bundan öncə də erməni ekspertlər iddia edirdilər ki, ümumiyyətlə, rus qoşunları bölgəyə ömürlük gəlib. Onlar Dağlıq Qarabağda Cənubi Osetiya və Abxaziya presedentinin təkrarlanacağını söyləyirdilər. Lakin bu dəfə vəziyyət kökündən fərqlidir. Əvvəla, Cənubi Osetiyada Rusiyanın qarşısına çıxacaq, müqavimət göstərəcək güc yoxdur. Bizim bölgədə isə Rusiya ilə paralel Türkiyənin də olmasını nəzərdən qaçırmaq olmaz. Moskva hər addımında Ankara ilə hesablaşmalı, onunla müzakirə aparmalı olur. Elə son olaraq Rusiya xarici işlər naziri Sergey Lavrovun Antalya səfəri, orada həmkarı Mövlüd Çavuşoğlu ilə qucaqlaşması, bölgədə sülhün bərqərar olması üçün koordinasiyalı hərəkət etməli olduqlarının vacibliyini vurğulaması göstərir ki, Moskva heç də Qarabağda istədiyini edə bilməyəcək, əvvəlki siyasəti yürütmək çətin olacaq.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistanda nüfuzunu itirmiş hakimiyyət nümayəndələri boş bəyanatlar verməklə məşğuldurlar. Onun sözlərinə görə, seçkidən sonra hökuməti və parlamenti formalaşdıra bilmirlər, mənasız çıxışlarla cəmiyyəti aldadırlar: “Onlar erməni ictimai rəyini çaşdırırlar. Müharibədən əvvəl də erməni xalqını aldatdılar, sonra da yenə həqiqətləri söyləmirlər. Bu günə qədər erməni xalqından müharibədəki itkilərin real sayını gizlədirlər, ölənlərin cəsədlərini ailələrinə təhvil vermirlər. Bu addımları atanlardan nə gözləmək olar? Odur ki, heç kim boş sözlərə inanmasın, Azərbaycan Rusiya ilə normal münasibətlərə malikdir”.
Deputat hesab edir ki, Ermənistan boş-boş bəyanatlar verməkdənsə, Azərbaycana qarşı ərazi iddialarını kənara qoymalı, nəqliyyat sistemlərinin açılmasına başlamalı, dövlət kimi özünü xilas etməlidir: “Ermənistan Türkiyə və Azərbaycanla əməkdaşlığın qurulmasını istəyirsə, bu iki ölkəyə qarşı ərazi iddialarından əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalı, bu cür bəyanatları kənara qoyub real işlər görməlidir. Bu halda bölgədə stabillik və sülh mühiti yaradıla bilər. Rusiya da maraqlıdır ki, bölgədə sabitlik olsun, dünyanın bir sıra istiqamətlərinə nəqliyyat çıxışları yaransın. Ona görə Ermənistan istədi-istəmədi, buna məcbur ediləcək”.
6 Sentyabr 00:43
6 Sentyabr 00:26
6 Sentyabr 00:25
5 Sentyabr 23:03
5 Sentyabr 20:55
5 Sentyabr 20:53
5 Sentyabr 20:36
5 Sentyabr 20:32
5 Sentyabr 20:20
5 Sentyabr 19:39
5 Sentyabr 19:33
5 Sentyabr 19:27
5 Sentyabr 19:19
5 Sentyabr 19:01
5 Sentyabr 19:00
5 Sentyabr 18:58
5 Sentyabr 18:56
5 Sentyabr 18:54
5 Sentyabr 17:18
5 Sentyabr 16:04
5 Sentyabr 16:03
5 Sentyabr 15:32
5 Sentyabr 15:31
5 Sentyabr 15:29
5 Sentyabr 15:06
5 Sentyabr 14:17
5 Sentyabr 14:15
5 Sentyabr 13:52
5 Sentyabr 12:42
5 Sentyabr 12:36
5 Sentyabr 11:35
5 Sentyabr 10:38
5 Sentyabr 10:32
5 Sentyabr 09:58
5 Sentyabr 09:57
5 Sentyabr 09:18
5 Sentyabr 09:12
5 Sentyabr 09:09
5 Sentyabr 09:03
5 Sentyabr 01:30
5 Sentyabr 01:28
4 Sentyabr 22:19
4 Sentyabr 20:35
4 Sentyabr 20:30
4 Sentyabr 20:28
4 Sentyabr 20:27
4 Sentyabr 19:35
4 Sentyabr 18:59
4 Sentyabr 18:56
4 Sentyabr 18:55
4 Sentyabr 18:48
4 Sentyabr 18:42
4 Sentyabr 18:34
4 Sentyabr 18:25
4 Sentyabr 18:15
4 Sentyabr 18:07
4 Sentyabr 17:51
4 Sentyabr 17:45
4 Sentyabr 17:33
4 Sentyabr 17:22
4 Sentyabr 17:19
4 Sentyabr 17:14
4 Sentyabr 16:59
4 Sentyabr 16:44
4 Sentyabr 16:39
4 Sentyabr 16:38
4 Sentyabr 16:31
4 Sentyabr 16:27
4 Sentyabr 16:22
4 Sentyabr 16:18
4 Sentyabr 16:17
4 Sentyabr 16:10
4 Sentyabr 16:03
4 Sentyabr 15:59
4 Sentyabr 15:52
4 Sentyabr 15:45
4 Sentyabr 15:39
4 Sentyabr 15:33
4 Sentyabr 15:28
4 Sentyabr 15:19
4 Sentyabr 15:18
4 Sentyabr 15:16
4 Sentyabr 15:14
4 Sentyabr 14:57
4 Sentyabr 14:49
4 Sentyabr 14:42
4 Sentyabr 14:37
4 Sentyabr 14:31
4 Sentyabr 14:25
4 Sentyabr 14:20
4 Sentyabr 14:14
4 Sentyabr 14:10
4 Sentyabr 14:09
4 Sentyabr 14:02
4 Sentyabr 13:53
4 Sentyabr 13:44
4 Sentyabr 13:32
4 Sentyabr 13:18
4 Sentyabr 13:17
4 Sentyabr 13:08
4 Sentyabr 12:56
4 Sentyabr 12:50
4 Sentyabr 12:48
4 Sentyabr 12:40
4 Sentyabr 12:30
4 Sentyabr 12:24
4 Sentyabr 12:21
4 Sentyabr 12:19
4 Sentyabr 12:14
4 Sentyabr 12:09
4 Sentyabr 11:59
4 Sentyabr 11:50
4 Sentyabr 11:32
4 Sentyabr 11:26
4 Sentyabr 11:14
4 Sentyabr 11:05
4 Sentyabr 11:02
4 Sentyabr 10:40
4 Sentyabr 10:38
4 Sentyabr 10:35
4 Sentyabr 10:27
4 Sentyabr 10:21
4 Sentyabr 10:13
4 Sentyabr 10:08
4 Sentyabr 09:48
4 Sentyabr 09:47
4 Sentyabr 09:41
4 Sentyabr 09:37
4 Sentyabr 09:29
4 Sentyabr 09:17
4 Sentyabr 09:14
4 Sentyabr 08:36
4 Sentyabr 08:30
4 Sentyabr 08:26
4 Sentyabr 08:20
4 Sentyabr 08:13
4 Sentyabr 08:08
4 Sentyabr 08:04
4 Sentyabr 08:03
4 Sentyabr 08:01
4 Sentyabr 06:42
4 Sentyabr 06:40
4 Sentyabr 02:08
4 Sentyabr 02:05
4 Sentyabr 01:56
4 Sentyabr 01:46
4 Sentyabr 01:43
4 Sentyabr 01:18
3 Sentyabr 20:18
3 Sentyabr 19:10
Ən son xəbərləri səhifəmizdən də izləyin