BURADA REKLAMINIZ OLA
BİLƏR

“Biletlərlə insanın cibinə girmək olmaz, AZAL qiymətləri azaltmalıdır" - TƏNQİD

Milli Məclisin Zaqataladan seçilmiş deputatı Elşən Musayev təmsil etdiyi rayonun hava limanında bir təyyarənin belə olmamasına görə AZAL-ı tənqid edib.

 

Pravda.az xəbər verir ki, deputat bu gün keçirilən iclasda bildirib ki, Zaqatala hava limanının hər şeyi – müdiri, bağbanı, işçiləri və s. var, ancaq, təkcə təyyarəsi yoxdur: “İnsanları təyyarə üzünə həsrət qoymaq olmaz. AZAL qiymətləri azaltmalıdır. Biletlərlə insanın cibinə girmək olmaz. Bu qurumun adı belə bunu tələb edir-AZAL! Bundan əvvəlki iclasda da həmkarım Qənirə Paşayeva bu məsələni gündəmə gətirmişdi”.

Tarix: 2 İyul 2021, 11:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin