Bakı Metropoliteni QSC-nin maliyyə hesabatına əsasən qurum 2020-ci ili 83.543 milyon manat zərərlə başa vurub. Mövcud vəziyyət metroda gediş haqqının artırılması ilə bağlı xəbərlərin yayılmasına səbəb olub.
Pravda.az xəbər verir ki, məsələ ilə bağlı danışan Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metroda gediş haqqının artırılmasının təmsil etdiyi qurumun ixtiyarında olmadığını bildirib:
“Metroda gediş haqqı qiymətinin tənzimlənməsi Bakı Metropolitenin səlahiyyətində deyil. Bu Azərbaycan Respublikası Tarif Şurası səlahiyyətinə daxil olan məsələdir. Bakı Metropoliteni, təbii ki, hesabatlı qurumdur və aidiyyəti dövlət qurumları, o cümlədən Tarif Şurası qarşısında hesabatla çıxış edir və hesabatları təqdim edir. Bu il də istisna edilmədi və hesabatı təqdim etdi”.