Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Nizami Səfərov: “Ermənistan regionun ekoloji təhlükəsizliyinə təhdidlər yaradır”

1 286
Paylaş:
Nizami Səfərov: “Ermənistan regionun ekoloji təhlükəsizliyinə təhdidlər yaradır”

“Otuz ilə yaxın bir müddətdə Azərbaycana qarşı soyqırım, insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri törətmiş və döyüş meydanında hərbi kollapsa uğrayan Ermənistan ölkəmizin ekoloji sisteminə genişmiyaslı zərər vurulmasına, su hövzələrinin zəhərlənməsinə çalışır”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov deyib.

Deputat işğaldan azad olunmuş ərazilərdə olan 13 çaydan Ermənistan ərazisindən axıb keçən 4-ü barədə məlumat verərək qeyd edib ki, bunların arasında ən çox çirklənməyə məruz qalan uzunluğu 83 km təşkil edən və 46 km Ermənistan ərazisindən keçən Oxçuçaydır: “Bu çayın həddindən artıq çirklənməsinə görə Zəngəzur Qacaran mis-molibden kombinatı və Qafan filiz saflaşdırma kombinatı  məsuliyyət dayışır. Onların fəaliyyəti nəticəsində meydana gələn çirkab sularının təmizlənmədən çaya axıdılması bütövlükdə regionun ekoloji təhlükəsizliyinə ciddi təhdid yaradır.  Həmçinin nəzərə almaq lazımdır ki, Oxçuçayın ekosisteminin zəhərlənməsi eyni zamanda insan həyatı və sağlamığı üçün böyük təhlükə mənbəyidir. Məsələnin ən mühüm aspektlərindən biri ondan ibarətdir ki, Kür və Araz çayları vasitəsi ilə çirkab suları Xəzər dənizinə axır, bu isə mövcud problemin beynəlmiləl səviyyəyə çatmasından xəbər verir. Başqa sözlərlə, Xəzəryanı dövlətlər üçün ciddi ekoloji təhlükə yaranır. Qeyd etmək lazımdır ki, Azərbaycan, Rusiya Federasiyası, Qazaxstan, Türkmənistan “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında" 17 mart 1992-ci il tarixli BMT Konvensiyasının iştirakçıladırlar və su hövzələrinin mühafizəsi ilə bağlı beynəlxalq-hüquqi öhdəliklər daşıyırlar. Həmçinin beş xəzəryanı ölkə “Xəzər dənizinin hüquqi statusu haqqında” 2018-ci il avqustun 12-də Aktau şəhərində imzalanmış Konvensiyanın iştirakçıladırlar və Xəzər dənizinin qorunub saxlanması onlar üçün əsas hüquqi prioritetlərdən biridir”.   

N.Səfərov qeyd edib ki, Ermənistan tərəfindən qəsdən Azərbaycan Respublikasının su hövzələrinin çirkləndirilməsi mənfur qonşularımızın düşmənçiliyinin defakto başqa bir təzahürüdür: “Əgər identifikasiya olunan milli, irqi, dini və etnik qrupların qismən və ya bütövlükdə məhv edilməsi soyqırım kimi tanınırsa, ölkəmizin və ümumilikdə regionun ekosisteminə qarşı yönələn hərəkətlər beynəlxalq müstəvidə “ekosid” kimi tövsif olunan cinayət tərkibli əməlləri ehtiva edir və Ermənistanın beynəlxalq məsuliyyəti məsləsini aktuallaşdırır”. 

Nəzrin Cavid 

Paylaş:

Ən son xəbərlər